Ukraynada əsir düşən Azərbaycan vətəndaşının atası məsələnin əsli barədə məlumat verib.
Oxu.Az xəbər verir ki, Baku TV əsir düşmüş Haqverdiyev Əziz Bədirxan oğlunun ailəsindən hadisənin təfərrüatını öyrənib.
Onun atası bildirib ki, oğlu Ukraynaya təhsillə əlaqədar gedib:
“Dövlət imtahanını verib, diplomunu alıb, qayıtmalı idi. Getdi, ilişdi qaldı orada. May ayında diplomunu almalı idi. Ona biletini aldım və dedim ki, orada vəziyyət qarışacaq. Vaxtında qayıtmasını istədim. O isə dedi ki, lazım gəlsə mən də qalıb vuruşaram”
Daha ətraflı sujetdə: