Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas vilayətində xüsusi hərbi əməliyyat keçirilməsi barədə xalqa müraciət edib.
Artıq Ukraynaya qarşı hərbi əməliyyatlar başlayıb.
Ukraynanın Kiyev şəhərində yaşayan həmvətənimiz Salman Rəhimli Oxu.Az-a açıqlamasında bildirib ki, səhər saat 05:15 radələrindən şəhərdə partlayış səsi eşidilib:
“Bildiyim qədər ilə, Rusiya Ukraynada strateji obyektləri vurur. Artıq Ukrayna ərazisində Rusiyanın hərbi texnikası görülüb. Demək olar ki, hər yerdən partlayış səsləri eşidilir”.
O qeyd edib ki, Kiyevdə küçələr tıxacdır:
“Marketlərin qarşısında insanların uzun növbəsi yaranıb. Hamı çantasını yığır. Mən neçə dəfə getsəm də, bankomatdan pul çəkə bilməmişəm”.
S.Rəhimli qeyd edib ki, onların Ukraynadan təxliyə məsələsi ilə bağlı hər hansı bir məlumat yoxdur.