İranın “Şiə-nyus” (Shia-news) dini saytı Azərbaycan plovunu “erməni mətbəxi”nin milli yeməyi kimi təqdim edib.
Axar.az xəbər verir ki, bu, sosial şəbəkələrdə Cənubi azərbaycanlıların etirazına səbəb olub.
Saytda dərc olunan məqalə “erməni plovunun hazırlanma qaydası” başlığı ilə verilib.
“Erməni plovu” müxtəlif inqrediyentlərlə hazırlanan Ermənistanın dadlı yeməklərindən biridir. Toyuqlu səbzi plov yeməkləri qrupuna daxil olan daha bir dadlı və beynəlxalq yeməkdir”, - məqalədə yazılıb.
Yazının davamında səbzi plovun bişirilmə qaydası 10 mərhələdə izah edilib.