Gürcüstan-Ermənistan sərhədində zəlzələ olub

Gürcüstan-Ermənistan sərhədində zəlzələ olub backend

Gürcüstan-Ermənistan sərhədində zəlzələ olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 16:17-də baş vermiş 3,2 bal gücündəki yeraltı təkanların episentri Dmanisi yaxınlığındakı Sameba kəndinin ərazisində qeydə alınıb.

Dağıntı barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, fevralın 13-də episentri Sameba kəndinin yaxınlığında yerləşən 6,2 bal gücündəki zəlzələ Azərbaycanın qərb rayonlarında, eləcə də Ermənistanda hiss edilib.

Zəlzələ nəticəsində 30-da çox evə ziyan dəyib.

Diaspora