Vəhşicəsinə döyülüb qulağı kəsilən 25 yaşlı gənc danışdı - VİDEO

Vəhşicəsinə döyülüb qulağı kəsilən 25 yaşlı gənc danışdı -  VİDEO backend

Samux rayonunda dəhşətli hadisə baş verib.

APA TV-nin yerli bürosu xəbər verir ki, Kolayır kənd sakini 1997-ci il təvəllüdlü Mirzaman Əliyev ilk olaraq 4 nəfər tərəfindən vəhşicəsinə döyülüb, daha sonra isə qulağı kəsilib. İlkin məlumata görə, onu daha əvvəllər tanıdığı şəxslər yaşadığı evdən apararaq Fizuli kəndinin yaxınlığındakı meşədə döyüb, sonra telefona çəkib və qulağını kəsərək meşədə qoyub gediblər. Mirzaman Əliyev sürünərək meşəlik ərazidən çıxıb və kənd yaxınlığında sakinlər tərəfindən müəyyən edilərək ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Həkim Şahin Quliyev gecə təxminən 3-4 radələrində Samux rayonundan xəstə gətirilib: “Xəstə döyülmə nəticəsində aldığı xəsarətlərlə qəbul edilib. Xəstə başın çoxsaylı əzilmiş, cırılmış yaraları, sol qulağının yarım kəsilmiş vəziyyətdə idi. Xəstəyə ilkin yardım göstərilib, yaraları tikilib, müayinə və müalicəni davam etdirilməsi üçün stasionar müalicəsi məsləhət olunub”.

Zərərçəkənin sözlərinə görə, bir müddət öncə onu döyən şəxslərdən birinin yaxını ilə mübahisəsi düşüb. Nəticədə Mirzaman Əliyev məhkəmənin qərarı ilə 20 sutka inzibati qaydada həbs olunub. Son hadisə isə ondan intiqam almaq məqsədi ilə edilib: “Aramızda söz-söhbət var idi amma barışmışdıq. Deyirəm niyə belə etdiniz dedilər ki, biz bu günü gözləyirdik ki, səni kənddən çıxardaq. Onların qohumu ilə bir müddət olar dalaşmışdım mənə 20 gün verdilər. Onun intiqamını aldılar məndən”.

Mirzaman Əliyev yaşadığı Kolayır kəndində tək qalırmış. Hadisə vaxtı onu evdən apararkən valideynləri və ya hər hansı yaxının xəbəri olmayıb. Xəsarət alan şəxsin valideynləri hadisədən sabah saatlarında xəbər tutub.

Döyülən alan şəxsin anası Sevinc Əliyeva deyib ki, onu gəlib gecə aldadıb aparıblar: “Deyiblər ki gedək şəhərə. Sənin Azamat dediyin oğlan mənim xalam oğludur. O, kimdir ki, səndən küsülü qala. Şəhərə dönməyiblər meşəliyə aparıblar. Maşında döyüblər, sonra soyundurub telefona çəkiblər, başını yandırıblar, qulağını kəsiblər orada atıb gediblər. Bilmirəm nə üstündə olub amma bilirdim ki, aralarında söz-söhbət var”.

Döyülən alan şəxsin atası Nürəddin Əliyevin ağacdan asıblarmış kəndir qırılıb: “Qulağını kəsiblər gördünüz. Hamısı sübutdur. Onlar cəzalarını çəkməlidirlər ”.

Samux rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törədən 4 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar tutularaq istintaqa cəlb olunub.

DİN-nin rəsmisi Eşqin Qasımov bildirib ki, Samux rayon Polis Şöbəsinə rayonun Kolayır kənd sakini, Mirzaman Əliyevin naməlum şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub: “Dərhal Samux Rayon Polis Şöbəsinin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyən edib. Araşdırmalar zamanı məlum olub ki, M. Əliyevi rayonun Füzuli kəndində yerləşən “Şəhidlər bulağının” su krantını qırdığına görə, həmin kəndin sakinləri Rahib Bayramlı, Nərman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri yetirilib. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Faktla bağlı Samux rayon polis şöbəsində istintaq tədbirləri davam etdirilir.

Diaspora