Baş Prokurorluq dünən Şəkidə baş verən hadisə ilə bağlı məlumat yayıb.
Qurumdan daxil olan açıqlamada qeyd edilib ki, hadisə ehtiyatsızlıqdan baş verib:
“Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təhlükəli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq tədbirləri davam etdirilir”.
Qeyd edək ki, kənd sakiniləri Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayev dağlıq ərazidə olarkən birincinin əlində olan silahdan atəş açılıb. Atəş nəticəsində 30 yaşlı Nurlan Mustafayev aldığı xəsarətdən dünyasını dəyişib.