Bakıda yolu bağlayan TIR sürücüləri həbs olundu

Bakıda yolu bağlayan  TIR sürücüləri həbs olundu backend

Bakıda yolu bağlayan TIR sürücüləri Mirələm Məmmədov və Elvin Məlikov 30 sutka həbs olunublar.

"Report"un xəbərinə görə, bu barədə qərar Nərimanov rayon Məhkəməsində elan edilib.

Bundan başqa, sürücü Bəxtiyar Məmmədov səhhəti ilə əlaqədar olaraq məhkəməyə çıxarılmayıb.

Rəmiş Cəfərov barəsində isə cinayət işi olduğu üçün onunla bağlı həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata ayrıca baxılacaq.

Qeyd edək ki, həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.

Diaspora