Bakıda qaziyə qarşı dələduzluq edildi

Bakıda qaziyə qarşı dələduzluq edildi backend

Bakıda Qarabağ qazisinə qarşı dələduzluq edilib.

Qaziler.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Famil Quliyev Binə qəsəbəsində 2 sot torpaq sahəsini Qarabağ qazisi Nazim Kazımova satacağına yalandan vəd verərək onun 5 min 670 manat pulunu alıb.

Daha sonra o, vədinə əməl etməyib.

Hadisə ilə bağlı N.Kazımov Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. F.Quliyev saxlanılıb və törətdiyi əməldən peşman olduğunu bildirib.

Diaspora