TIR sürücüləri paytaxtda mərkəzi yolu bağladılar - FOTO/VİDEO

TIR sürücüləri paytaxtda mərkəzi yolu bağladılar -  FOTO/VİDEO backend

Bakıda TIR sürücüləri yolu bağlayıb. 

Qaziler.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 

Söhbət paytaxtın H.Əliyev prospektindən gedir. Bir neçə TIR sürücüsü maşını yolun ortasında saxlayaraq nəqliyyatın hərəkətinə mane yaradıb. 

TIR-lardan birinin üzərində etirazın səbəbi kimi belə yazılıb:

“Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir, müflis olmuşuq”.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları da cəlb olunur.

Diaspora