Nəcməddin Sadıkov qəza törədib və cərimələnib

Nəcməddin Sadıkov qəza törədib və cərimələnib backend

Yol polisi Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun törətdiyi yol qəzası barədə məlumat yayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli  bildirib ki, “Toyota Land Cruiser” markalı, 90 AS 020 dövlət nömrə nişanlı avtomobili idarə edən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğlu tərəfindən törədilən yol-nəqliyyat hadisəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) maddəsinə əsasən protokol tərtib olunub.

Onun sözlərinə görə, yanvarın 7-də baş verən yol qəzası sənədləşdirilib, qarşı tərəfə dəymiş ziyan ödənilib.

Qeyd edək ki, qəza barədə ilk olaraq bakupost.az saytı məlumat yayıb. (apa)

Diaspora