Vətən müharibəsi qazisi 30 yaşlı gənci necə öldürüb? - TƏFƏRRÜAT - VİDEO

Vətən müharibəsi qazisi 30 yaşlı gənci necə öldürüb? -  TƏFƏRRÜAT - VİDEO backend

Fevralın 13-də gecə saatlarında Bakıda ölümlə nəticələnən davanın təfərrüatı məlum olub.

Publika.az-ın məlumatına görə, 1999-cu il təvəllüdlü Yəhya Quliyevin 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu döyməsi və nəticədə Eynulla İbadovun xəstəxanaya aparılarkən yolda ölməsi mübahisə zəminində baş verib.

Belə ki, Biləcəri qəsəbəsində yaşayan və Vətən müharibəsi qazisi olan Yəhya Quliyev gecə saatlarında məhəllədə səs-küy yarandığını görüb. Küçəyə çıxdıqda yaxınlıqda yaşayan və yüngül həyat tərzi keçirən qadının yanına gəlmiş şəxslərlə Y.Quliyev arasında mübahisə yaranıb. Az sonra mübahisə münaqişəyə çevrilib.

Yaxınlarının bildirdiyinə görə, Yəhya həmin şəxsləri yumruqla vurub. Nəticədə 30 yaşlı Eynulla aldığı xəsarətdən vəfat edib. Z.Həşimlinin isə həyatına təhlükə yaranmayıb.

Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən müharibəsində yaralanaraq qazi olub. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Hadisəni törədən şəxs saxlanılıb. 

Ətraflı süjetdə:

Diaspora