DTX Müdafiə Nazirliyində həbslər apardı - 10 milyonluq mənimsəmə - VİDEO

DTX Müdafiə Nazirliyində həbslər apardı - 10 milyonluq mənimsəmə - VİDEO backend

Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində istintaq orqanının təqdimatına baxılıb.

Apa xəbər verir ki, Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqdimatlara hakim Elbəyi Allahverdiyev baxıb. Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

Diaspora