Bakıda itkin düşən 15 yaşlı məktəbli qan içində tapıldı

Bakıda itkin düşən 15 yaşlı  məktəbli qan içində tapıldı backend

Dünən Bakının Qaradağ rayonunda 15 yaşlı Qəhrəmanov Murad Azər itkin düşüb.

Qaziler.az Bizim.Media-ya istinadla xəbər verir ki, yeniyetmə bu gün al-qan içində tapılıb.

Bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edilib ki, o, məhəlləyə çatanda özündən gedib. Bildirilib ki, 30-35 yaş aralığında 3 kişi tərəfindən qəbiristanlığa aparılan Murad döyülüb.

Başından çoxsaylı zərbələr alan məktəblinin vəziyyəti orta ağırdır.

Məlumat üçün bildirək ki, Murad Qəhrəmanov dünən saat 16:00 radələrində Lökbatan qəsəbəsində dərs hazırlığına getmək məqsədilə evdən çıxıb, lakin geri qayıtmayıb.

M.Qəhrəmanovun dərs hazırlığında olmaması məlum olub. Onun mobil telefonu bağlı olduğundan yaxınları yeniyetmə ilə əlaqə saxlaya bilməyiblər.

Diaspora