Bakıda qız özünü məktəb binasından atmaq istədi - AÇIQLAMA

Bakıda qız özünü məktəb binasından atmaq istədi -  AÇIQLAMA backend

Sözügedən məktəbli və ailəsi hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasının nəzarətində saxlanılır.

Bu barədə Oxu.Az-a ərazi üzrə icra hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasından məlumat verilib. 

Bildirilib ki, hazırda uşağın vəziyyəti qənaətbəxşdir:

“Məktəblinin və anasının vəziyyəti yaxşıdır, heç bir həyati təhlükəsiz yoxdur. Məktəbli yetkinlik yaşına çatmayıb. Ola bilər ki, hansısa ailə üzvünə qarşı münasibətdən dolayı, ya da dostları, rəfiqələri ilə arasında yaşana biləcək hər hansı inciklik səbəbindən bu addımı atıb. 

Düşünürük ki, diqqət cəlb etmək üçün bu addımı atıb. Uşaqla psixoloq danışıb, söhbət aparıb. Məsələ ilə bağlı təfərrüat vermək istəmirik. Sadəcə olaraq səlahiyyətlərimiz çərçivəsində ərazi üzrə yetkinlik yaşına çatmayanlarla bağlı, onların həyati təhlükəsi yaranarsa dərhal qarşısının alınması istiqamətində tədbirlər görürük. 

Sözügedən hadisə barədə də İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə bütün tədbirlər görülüb. Məsələyə çox ciddi yanaşılır. Uşaq psixoloqların nəzarətindədir. Ailə də nəzarətdədir. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir”.

*****

Bakıda orta məktəbdə yeddinci sinif şagirdi olan qız özünü məktəbin binasından atmaq istəyib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda yerləşən E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə baş verib.

Belə ki, yeddinci sinif şagirdi olan qız üçüncü mərtəbədə pəncərənin kənarına çıxıb. Vəziyyətə dərhal müdaxilə edən müəllim kollektivi baş verə biləcək bədbəxt hadisənin qarşısını alıb.

Uşaqla məktəb psixoloqu tərəfindən söhbət aparılıb. İlkin məlumatlara görə, məktəblinin bu addımı atmasına səbəb evdə, ailə-məişət zəminində məruz qaldığı xoşagəlməz hallardır.

Məktəb direktorunun, psixoloqunun təşəbbüsü ilə hadisə barədə dərhal Təhsil İdarəsinə, ərazi üzrə polis bölməsinə, yerli icra hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib. Qızın ailəsi ilə danışıqlar aparılıb.

Faktı Oxu.Az-a 118 nömrəli tam orta məktəbdən təsdiq ediblər.

Diaspora