Birinci sinif şagirdinin məktəbdə ölməsinin təfərrüatı bilindi - VİDEO

Birinci sinif şagirdinin məktəbdə ölməsinin təfərrüatı bilindi -  VİDEO backend

Cəlilabadda 1-ci sinif şagirdi Hüseyn Zeynalovun ölümünün təfərrüatı məlum olub.

Belə ki, H.Zeynalov dərsdən çıxıb evə gedərkən elektrik naqilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə Cəlilabad rayonunun Ocaqlı kəndində, 1 saylı məktəbin həyətində baş verib.

Kənd sakinlərinin sözlərinə görə, məktəb rəhbərliyinin müraciətindən sonra dünən məktəbin həyətində istismar müddətini başa vurmuş elektrik dirəklərindən bir neçəsi yenilənib. İddialara görə, yüksək gərginlikli xətlərdəki qüsurlar tam aradan qaldırılmayıb. Nəticədə bədbəxt hadisə baş verib.

Cəlilabad Rayon Prokurorluğunun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən olunub ki, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən, dirəkdən aşağıya doğru sallanmış vəziyyətdə olan 10 kilovoltluq elektrik naqilinə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Daha ətraflı Xəzər TV-nin süjetində:

Diaspora