Bakıda ölən 15 yaşlı qız 10 ay əvvəl ərə verilib - RƏSMİ

Bakıda ölən 15 yaşlı qız 10 ay əvvəl ərə verilib -  RƏSMİ backend

Prokurorluq Bakıda hamilə qalan 15 yaşlı qızın və körpəsinin ölümü ilə bağlı məlumat yayıb.

Xəzər Rayon Prokurorluğundan daxil olan məlumatda deyilir:

"Fevralın 4-də saat 18 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 6 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü Elvin Məmmədov (ad və soyad şərtidir) ilə ailə həyatı qurub, fevralın 4-də, saat 14 radələrində yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşməsi səbəbindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib və saat 18 radələrində xəstəxananın reanimasiya şöbəsində ölüb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, Nigar Rüstəmovanın (ad və soyad şərtidir) və dölün meyitlərə baxış keçirilib, meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır".

Diaspora