Bakıda 15 yaşlı qız uşaq dünyaya gətirdi: özü və körpəsi öldü

Bakıda 15 yaşlı qız uşaq dünyaya gətirdi: özü və körpəsi öldü backend

Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb.

Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.

Diaspora