Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 80 m² sahədə fəaliyyət göstərən kafenin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və 1 ədəd kondisioner yanıb.
Qaziler.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı kafedə olan 3 ədəd məişət qaz balonu (hər birinin tutumu 25 litr) yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
14.39
Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanovda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Qaziler.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda obyektdə (dönərxana) yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğın saat 14:21 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.