“Deyiblər ki, yezidisən, ayaqyolunu təmizləməlisən” - Hərbçinin nənəsi

“Deyiblər ki, yezidisən, ayaqyolunu təmizləməlisən” -  Hərbçinin nənəsi backend

Artıq 2 gündür ki, Qafan hərbi hissələrindən birində baş verən qalmaqallı hadisə Ermənistan mediasında aktiv şəkildə tirajlanır.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, yezidi gənc əsgər Vle Feroyan ayaqyolunu təmizləməyə məcbur edilib, şiddətlə döyülüb, çörəkdən məhrum edilib və baş verən təzyiq altında hərbi hissədən qaçıb.

Yezidi hərbi qulluqçunun nənəsi Roza Feroyan bildirib ki, bir nəvəsi ailə üzvləri ilə əlaqə saxlayıb, onlara harada olduğunu deyib və tezliklə İrəvana təslim olmaq üçün gələcəyini qeyd edib.

“Vle yalnız bir şeyi dedi ki, heç bir halda o hərbi hissədə qulluğu davam etdirməyəcək, Qafan hərbi hissəsindən başqa, hər bir hərbi hissəyə gedəcək”, - deyə yezidi yeni çağırışçının nənəsi qeyd edib.

Roza Feroyan vurğulayıb ki, nəvəsini ayaqyolunu təmizləməyə məcbur ediblər, ona görə də erməni zabitlər onu döyüblər: “Ayın 1-də alçaltmağa başlayıblar. Ayaqyolunu təmizləməyə məcbur ediblər. Deyiblər ki, yezidisən, bunu etməlisən. Onun yanında başqa bir yezidi də olub, ona qarşı da eyni münasibət olub, döyüblər. Hətta yeməkxanaya girməyə, yemək yeməyə belə qoymayıblar, o soyuqda çöldə qalıblar”, - deyə yezidi hərbi qulluqçunun nənəsi bildirib.

Yezidi gənc əsgərin nənəsi deyib ki, Vleden hələ heç bir xəbərləri yoxdur.

Ordu.az

Diaspora