4 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxs həbs edildi

4 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxs həbs edildi backend

Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun barəsində həbs qətimkan tədbiri seçilib.

Qaziler.az xəbər verir ki, bu barədə qərar Xəzər Rayon Məhkəməsində elan olunub.

Qərara əsasən, M.Mansoruvun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü M.Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəmi müxtəlif vaxtlarda döyüb. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Diaspora