Surət Hüseynova görə tutulan şəxs həbsdə öldü

Surət Hüseynova görə tutulan şəxs həbsdə öldü backend

Bakıda daha bir məhkum ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən ömürlük məhkum Elşad Teyyub oğlu Mustafayev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, E. Mustafayev 1993-cü ildə Gəncə hadisələri ilə bağlı, sabiq baş nazir Surət Hüseynovun işi üzrə həbs olunanlardandır.

Məlumata görə, E. Mustafayevin də üzvü olduğu dəstə 1993-cü ildə Samux rayon prokuroru Şəmşir Əliyevin güllələnməsində iştirak edib. Onu da qeyd edək ki, E. Mustafayevin atası Teyyub Mustafayev o zaman Samuxun icra başçısı olub. Həmin hadisələrdən sonra o da saxlanılıb. 

Diaspora