Bakıda quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub - RƏSMİ

Bakıda quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub -  RƏSMİ backend

Bakıda quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Zərərçəkmişin qonşusu, 1990-cı il təvəllüdlü Mehman Mansurov şübhəli şəxs qismində saxlanılıb.

İstintaq davam etdirilir.

Diaspora