Daşkənddə “Bakı ayısı”nın iştirakı ilə baş vermiş insidentin görüntüləri yayılıb - VİDEO

Daşkənddə “Bakı ayısı”nın iştirakı ilə baş vermiş insidentin görüntüləri yayılıb -  VİDEO backend

Daşkənddə qadının azyaşlı qızı ayının qəfəsinə atmasının görüntüləri yayılıb.

Yanvarın 28-də şəhər zooparkında baş vermiş insident xoşbəxt sonluqla bitib.

Belə ki, yırtıcı sadəcə körpəni iyləyərək çıxıb gedib. Zooparkın işçiləri uşağı xilas edə biliblər.

Qeyd olunub ki, Zuzu ləqəbli ayı 2017-ci ildə Bakı zooparkından Özbəkistanın paytaxtına aparılıb.

Bir çoxları vəhşi heyvanın azyaşlıya toxunmamasını, məhz elə onun “qafqaz mentaliteti”ylə, əsl qafqazlıların aqressiv deyil, rəhmli olması ilə izah ediblər.

Diaspora