Bakıda sərnişin avtobusu qəza törədib – FOTO

Bakıda sərnişin avtobusu qəza törədib – FOTO backend

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

“Daewoo” markalı 108-B marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü Vüsal Məmmədov sükana nəzarəti itirərək yol ayrıcında olan “Opel” markalı avtomobilə çırpılıb. Nəqliyyat vasitəsi zərbənin gücündən işıq dirəyinə dəyərək dayanıb. Avtobus isə işıqfora çırpılıb.

Hadisənin səbəblərini Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Diaspora