Bakıda avtomobil ana və 2 oğlunu vurub - uşaqlardan biri ölüb

Bakıda avtomobil ana və 2 oğlunu vurub -  uşaqlardan biri ölüb backend

Bakıda avtomobil ana və övladlarını vurub, uşaqlardan biri ölüb.

Qaziler.az Report-a istinadla xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil 1992-ci il təvəllüdlü Əliyeva Bahar Fəxrəddin qızını, onun azyaşlı övladları - 2015-ci il təvəllüdlü Əliyev Əli Zaman oğlunu və 2017-ci il təvəllüdlü Əliyev Fərid Zaman oğlunu vurub. Hadisə zamanı 7 yaşlı Əli Əliyev dünyasını dəyişib. Bahar Əliyeva və Fərid Əliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

F.Əliyevin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Diaspora