Sumqayıtda sərnişin avtobusu qəza törətdi: Xəsarət alan var

Sumqayıtda sərnişin avtobusu qəza törətdi:  Xəsarət alan var backend

Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq ağır xəsarət yetirib.

“Report”un məlumatına görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü İsgəndərova Nuridə Eldar qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki baldır sümüklərinin yerdəyişən qəlpəli sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Diaspora