Bakıda ağır avtobus qəzası: Xəsarət alan var - VİDEO

Bakıda ağır avtobus qəzası: Xəsarət alan var -  VİDEO backend

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Baku.ws-in məlumatına görə, hadisə Binəqədi rayon ərazisində yerləşən İkinci Mədən ərazisində qeydə alınıb.

Şahidlərin dediyinə əsasən, qəza zamanı sərnişinlər arasında xəsarət alan olub.

Bakı Nəqliyyat Agentliyi baş verən qəza ilə bağlı məlumat yayıb:

“Binəqədi şossesi Binəqədi kəndi istiqamətində qəza baş verib. “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki avtobus toqquşub.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb”, - deyə məlumatda qeyd edilib.

Diaspora