Qazaxıstanın Baykonur şəhərində sülhməramlıların daimi yerləşdirilməsi məsələsi qaldırılmayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, indi bundan söhbət gedə bilməz”, - deyə Peskov bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstanın dövlət katibi Yerlan Karin bir sıra strateji obyektlərin mühafizəsi ilə məşğul olan KTMT-nin sülhməramlı qüvvələrinin ölkənin bütün regionlarına cəlb edilməyəcəyini, vəziyyət sabitləşdikdən sonra bütün sülhməramlı kontingentin çıxarılacağını bildirmişdi.