Qazilərimizin Mersində görüşləri olub

Qazilərimizin Mersində görüşləri olub backend

Azərbaycan qazilərinin Türkiyəyə səfəri davam edir.

Herbiand.az xəbər verir ki, “Tərxis Olunmuş Hərbicilərin Gəncləri  Maarifləndirmə” İctimai Birliyinin təşkiltçılığı ilə baş tutan səfər çərçivəsində növbəti görüşlər keçirilib.

Akdeniz Bölge ve Garnizon Komutanı Tuğamiral Fuat Gedik “Tərxis Olunmuş Hərbicilərin Gəncləri  Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli və Azərbaycandan getmiş bir qrup qazi ilə görüşüb.

Daha sonra Mersin jandarma komtanı General mayor Necip Cağıkçıoğlu qazilərimizi qəbul edib. Görüş zamanı Azərbaycan Daxili Qoşunları və Türkiyə Jandarm komutanlığı arasında əlaqələrin hər zaman yüksək səviyyədə olması vurğulanıb.

Azərbaycandan olan qonaqları qəbul edən Mersin Büyükşehir Belediye Başkanı Vahap Seçer Azərbaycana salamlarını və məhəbbətini bildirib.

Növbəti görüş Mersin şəhərinin ən böyük rayonu olan Toroslar bələdiyyəsində olub. Nahar süfrəsi arxasına keçən görüşdə Ədalət və İnkişaf, Milliyətçi Hərəkat partiyalarının Toroslar şöbəsinin başqanları iştirak edib.

Görüş zamanı “Tərxis Olunmuş Hərbicilərin Gəncləri  Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Mersin Toroslar bələdiyyəsi ilə Azərbaycanın işğaldan azad edilən rayonlardan birinin qardaşlaşması təklifini irəli sürüb. Birlik sədrinin təklifi mənmunluqla qarşılanıb.

Daha sonra qazilərimiz Mersinin gəzməli, görməli yerlərində olublar. Qız qalası, Mersində Cənnət-cəhənnəm adlandırılan tarixi məkanla tanışılıq xoş qarşılanıb. Mersonon Toroslar bölgəsinin ən uca zirvəsində Türkiyə, KKTC bayraqları ilə yanaşı Azərbaycan bayrağının da dalğalanması qazilərimizdə xüsusi ilə xoş ovqat yaradıb.

Diaspora