Azərbaycanda arvadı tərəfindən baltayla öldürülən kişi vəzifəli şəxsin oğlu imiş

Azərbaycanda arvadı tərəfindən baltayla öldürülən kişi  vəzifəli şəxsin oğlu imiş backend

Ağstafada ailə münaqişəsi zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən qətlə yetirilən 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevlə bağlı yeni məlumat yayılıb. 

APA-nın məlumatına görə, E.Abdullayev Dövlət Sığorta Agentliyinin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.

Qeyd edək ki, Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva Ağstafa Rayon Polis Şöbəsinə gedərək əri, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi qətlə yetirdiyini etiraf edib. O, ərini səhər saatlarında, yatarkən balta ilə boynundan vuraraq öldürdüyünü bildirib. 

Diaspora