Ağsu rayonunun Yenilik kəndində sakinlərə məxsus iribuynuzlu mal-qara sürüsü canavarların hücumuna məruz qalıb.
Qaziler.az “Report”a istinadla xəbər verir ki, hadisə kəndin dağlıq ərazisindəki Türmədərə adlanan yerdə baş verib. Kənd sakinlərin naxırını otaran Samir Musayev 4 canavarın mal-qaraya hücum etdiyini görüb. O, canavarları ərazidən qovmağa müvəffəq olub.
Qeyd edək ki, canavarların hücumuna məruz qalan mal-qara kənd sakini Orxan Karmukova məxsus olub. Kənd sakinlərinin sözlərinə görə, analoji hadisə dəfələrlə baş verib.