Prokurorluq Nəsimi rayonunda baş verən qətl barədə məlumat yayıb.
Nəsimi rayon prokurorluğundan Apa-ya verilən məlumata görə, dekabrın 23-ü saat 13 radələrində paytaxtın Nəsimi rayonunda kirayədə yaşadığı evdə 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1989-cu il təvəllüdlü Samir Cəfərovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Bəsti Cəfərovanın boğaz nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürülməsi) maddəsi ilə cinayət işi başlanıb.
Samir Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
11.05
Bakıda qətl törədilib.
APA-nın xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsində qeydə alınıb.
1959-cu il təvəllüdlü Bəsti Cəfərova kirayədə qaldıqları mənzildə oğlu, 1989-cu il təvəllüdlü Samir Cəfərov tərəfindən öldürülüb.
Oğul anasının boğaz nahiyəsinə bıçaqla zərbə vurub.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb.