Bir neçə gün bundan əvvəl rəhbərlik etdiyi məktəb müəllimlərinə səs ataraq rüşvət yığması ilə bağlı səs yazısı yayılan məktəb direktoru Ceyran Quliyevanın baş nazirin keçmiş müavini Abid Şərifovun bacısı qızı olması haqda məlumat yayılıb.
A.Şərifov Manşet.az-a açıqlamasında C.Quliyevanın bu əməlini tənqid edirb:
“Belə hallar təbii ki, pisdir. Heç kəs rüşvət almamalıdır, təmiz işləməlidir. Mənim bacım qızının başına daş düşsün, səhv edib, işdən çıxarıblar. Kim səhv edirsə, işdə nöqsanlara yol verirsə, onu vəzifəsindən azad etmək lazımdır”.