Bərdədə sudan çıxarılan uşaqlar ölüb.
Qaziler.az "Unikal"a istinadla xəbər verir ki, 6 yaşlı Qurbanov İbrahim Zöhrab oğlu və 8 yaşlı Qurbanov Allahverdi Vasif oğlu xəstəxanaya yerləşdirilsələr də həkimlərin səylərinə baxmayaraq onları xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişən uşaqlar əmioğludurlar.
Qeyd edək ki, A. Qurbanovun atası V. Qurbanov polis əməkdaşıdır.
Qeyd edək ki, Bərdədə iki azyaşlı çaya düşüb. Belə ki, şadlıq saraylarından birində keçirilən toy məclisində iştirak etmək üçün valideynləri ilə gələn iki azyaşlı şadlıq sarayının yaxınlığından keçən Tərtər çayına düşüb.