Lənkəranda 17 yaşlı qızın intiharının səbəbi bəlli oldu - Yenilənib

Lənkəranda 17 yaşlı qızın intiharının səbəbi bəlli oldu -  Yenilənib backend

Lənkəranda 17 yaşlı qızın intihar etməsinin səbəbi məlum olub.

Qaziler.az Report-a istinadla xəbər verir ki, A.B. anası ilə eyni marketdə işləyirmiş.

Bir müddət əvvəl həmin marketdə çalışan oğlan qızın ailəsinin də razılığını almaq məqsədilə onlara elçi göndərib. Lakin valideynlər bu izdivaca razılıq verməyiblər.

*****

17:55

Lənkəranda 17 yaşlı qız intihar edib.

Hadisə rayonun Girdəni kəndində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü A.B. yaşadığı evdə özünü asıb. Hadisədən onun anası xəbər tutub. O, qızını evdə görmədikdə aşağı mərtəbəyə enib və övladını asılmış vəziyyətdə aşkarlayıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Report.az

Diaspora