Baş Prokurorluq helikopter qəzasıyla bağlı yeni məlumatlar açıqlayıb.
Açıqlamada bildirilir:
“Helikopterin bort məlumatlarının qeydiyyatçısından (“qara qutu”) götürülmüş helikopterin düşmə anında qeydə alınmış uçuş parametrləri aşağıda qeyd olunan şəkillərdəki kimi olub:
Bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq olub və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub”.