Ağdamda traktor minaya düşüb - Sürücünün vəziyyəti haqqında

Ağdamda traktor minaya düşüb -  Sürücünün vəziyyəti haqqında backend

Ağdamın işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisində traktor tank əleyhinə minaya düşüb.

Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd olunub ki, nəticədə texnikaya ciddi ziyan dəyib: "İlkin məlumata görə, sürücü xəsarət almayıb".

Faktla bağlı araşdırma aparılır.

*****

Dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, nəticədə xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

loading...
Diaspora