Bakıda 15 yaşlı qız ana olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, doğum paytaxtın Nərimanov rayonunda yerləşən özəl klinikaların birində qeydə alınıb.
Qazax rayon sakini 2006-cı il təvəllüdlü S.T. (ad şərtidir) oğlan uşağı dünyaya gətirib.
Fakt üzrə hüquq-mühafizə orqanları əməkdaşları araşdırma aparılır.
Qeyd edək ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.