Bakıda dönərdən zəhərlənən şəxslərin sayı açıqlanıb.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun APA-ya verdiyi xəbərə görə, dönərdən 8 nəfər zəhərlənib, onlardan 1-i 16 yaşlı yeniyetmədir.
“Onlar müxtəlif saatlarda zəhərləniblər. “28 Mall”ın yaxınlığında yerləşən dönərxanadan dönər alıb yeyiblər. Bir qədər sonra həmin şəxslərin hamısında zəhərlənmə əlamətləri yaranıb”, - o vurğulayıb.
E. Hidayətoğlu qeyd edib ki, zəhərlənən şəxslərin bəzilərinin vəziyyəti orta-ağırdır, 1 nəfər isə evə buraxılıb.
***
10:07
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib.
Zəhərlənənlərin hamısı Kliniki Tibbi Mərkəzə gətirilib.