Bakıdakı qətlin təfərrüatı: Maşından düşəndə güllələyiblər

Bakıdakı qətlin təfərrüatı:  Maşından düşəndə güllələyiblər backend

Ötən gün Bakının Binə qəsəbəsində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Qaziler.az Qafqazinfo-ya isitnadən xəbər verir ki, hadisə qətlə yetirilən 1978-ci il təvəllüdlü Mirzəyev Allahverdi Ağaşirin oğlunun öz evinə gəldiyi zaman baş verib.

Belə ki, A.Mirzəyev 10 RL 313 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobilindən düşüb evinin həyətinə daxil olan zaman arxadan baş nahiyəsindən atəş açılıb. O, hadisə yerində keçinib. 

Məlumata görə, A.Mirzəyevin özü də bir neçə il öncə qətl hadisəsi törədib. O, bu səbəbdən uzun müddət həbsdə yatıb. Maraqlıdır ki, illər öncə törədilən bu qətl hadisəsinin də Allahverdi Mirzəyevə məxsus evin həyətində baş verdiyi bildirilir.

Qeyd edək ki, Allahverdi Mirzəyevin ölümü ilə bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.

loading...
Diaspora