Ağdamda borclu abonentin “Azərişıq” ASC-nin iki əməkdaşını bıçaqlaması, digərini döyməsi faktı üzrə cinayət işi başlanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 325 və 126.1-ci maddələri ilə cinayət işi açılıb.
Hadisəni törədən borclu abonentin Oğuz rayon sakini Kərimov Rahim Davud oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, həmin şəxs yaşadığı evdə işığa olan 175 manat borcu ödəmədiyi üçün elektrik verilişini dayandırmaq istəyən montyorları bıçaqlayıb.
***
17.56
Ağdamda abonent “Azərişıq” ASC-nin iki işçisini bıçaqlayıb, birini döyüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
“Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsinin əməkdaşları - Mirzəyev Tariyel və Mirzəyev Şükür borclu abonent tərəfindən bıçaqlanıblar.
İdarənin digər işçisi Elşən Əzizovu isə döyülüb. İlkin məlumata görə, hadisəni törədən şəxs borcu çox olduğundan elektrikin verilişinin dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.
Faktla bağlı araşdırma aparılır.
Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.