Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev vəfat edib.
Qaziler.az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Bildirilib ki, 72 yaşında dünyasını dəyişən Ə.Babayev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 65-dən çox elmi əsərin, iki metodiki vəsaitin müəllifi olub.
“Azxeber.com”un əldə etdiyi məlumata görə, Əhməd Babayev bu gün səhər metronun "28 May" stansiyasında vəfat edib.
Qeyd edək ki, buu gün saat 08:10 radələrində Bakı metrosunda qatarda olan bir sərnişin özünü pis hiss edib və “28 May” stansiyasında platformaya düşürülüb. Bu vaxt artıq sərnişin özündə olmayıb. Dərhal Təcili Tibbi Yardım çağırılıb. Həkimlər gəlib və ölüm faktını təsdiq edib.