“Bu gün saat 08:10 radələrində Bakı metrosunda qatarda olan bir sərnişin özünü pis hiss edib və “28 May” stansiyasında platformaya düşürülüb”.
Qaziler.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
“Bu vaxt artıq sərnişin özündə olmayıb. Həmin şəxs yaşlı bir şəxsdir. Dərhal Təcili Tibbi Yardım çağırılıb. Həkimlər gəlib və ölüm faktını təsdiq edib”, - o deyib.