Azərbaycanda qardaşın 23 yaşlı bacısını qətlə yetirməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda qardaşın 23 yaşlı bacısını qətlə yetirməsi ilə bağlı  RƏSMİ AÇIQLAMA backend

Dekabrın 4-ü saat 21 radələrində Şabran rayonu, Çaraq kənd sakini 1998-ci il təvəllüdlü Nəcibə İsayevanın yaşadığı evin həyətində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şabran Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin qardaşı 1992-ci il təvəllüdlü Rüfət Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəcibə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rüfət Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Diaspora