Gəncədə qəza nəticəsində ölənlərin və xəsarət alanların adı bəlli olub.
APA-nın yerli bürosunun verdiyi məlumata görə, sürücü 11-ci sinif şagirdi, 16 yaşlı Əlizadə Numan Namiq oğludur.
Ölən piyada İbrahimova Nazlı Elşad qızının isə 13 yaşı olub.
Xəsarət alanlar aşağıdakılardı:
2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu
2004-cü il təvəllüdlü Bayramov İlkin
2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu
***
Saat 14:39
Gəncədə baş verən ağır qəzanın təfərrüatları bəlli olub.
APA-nın yerli bürosunun məlumatına görə, sürücü avtomobillə yol kənarında azyaşlını vurduqdan sonra idarə etməni itirib, maşın ağaca çırpılıb.
Qəza nəticəsində piyada uşaq və sürücü həyatını itirib.
***
Saat 14:25
Gəncədə ölümlə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik maşını ağaca çırpılıb. Qəza zamanı 2 nəfər ölüb və daha 3 nəfər xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.



