Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.
Trend xəbər verir ki, əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN-Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb.
Bunlar 1990-cı il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, 10 aylıq oğlu Kərimov Pünhan Miri oğlu və 1994-cü il təvəllüdlü Kərimova Halə İsa qızıdır. Həlak olanlar bir ailənin üzvləridir. Kərimov Miri post patrul xidmətinin komandiridir.
Yanğın söndürülüb.









