Helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupuna kimin rəhbərlik etdiyi açıqlanıb

Helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupuna kimin rəhbərlik etdiyi açıqlanıb backend

“Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı İstintaq qrupu Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə yaradılmaqla onun icraatına verilib”.

“Report” xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov bu gün keçirilən brifinqdə deyib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Diaspora