Rusiyadan ailəsinin yanına qayıdan şəxs qəzada öldü

Rusiyadan ailəsinin yanına qayıdan şəxs qəzada öldü backend

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Nəsimikənd kənd sakini, 1975-ci il təvəllüdlü Bağışov Rafət Abdin oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə Biləsuvar rayonu Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, mərhum beş ay əvvəl Rusiya Federasiyasına işləməyə gedib və ötən gün ailəsinin yanına qayıdan zaman bu hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Diaspora