Gəncədə polis maşını mağazaya girib, bir nəfər ölüb

Gəncədə polis maşını mağazaya girib, bir nəfər ölüb backend

Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Apa-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

 

"Fiat" markalı avtomobilin sürücüsü, polis əməkdaşı Emin Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi mağazalardan birinə çırpılıb. Qəza zamanı Emin Əliyev xəsarət alıb, digər polis əməkdaşı Renat Əliyev isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Qeyd edək ki, avtomobil Mühafizə Polisinə məxsusdur, hadisə xidmət vaxtı baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Diaspora