Bakıda səkidə dayanan qadının dəhşətli ölümü - FOTO

Bakıda səkidə dayanan qadının dəhşətli ölümü -  FOTO backend

Bakıda yol-nəqliyyat hadisəsi olub.

“Report”un xəbərinə görə, hadisə Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 90-SJ-007 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə 99-FZ-827 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı maşın toqquşub. Nəticədə avtomobillərdən biri səkidə olan qadını vurub. Piyada hadisə yerində ölüb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Report"a bildirib ki, hazırda araşdırma aparılır.

Qeyd edək ki, "Hyundai" markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olur.

loading...
Diaspora